Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Uşaq musiqi məktəbinin beynəlxalq müsabiqədə növbəti uğuru
04.05.2021

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 34 nömrəli uşaq musiqi məktəbinin şagirdi beynəlxalq müsabiqədə uğur qazanıb.

İdarədən bildirilib ki, məktəbin xanəndə ixtisası üzrə təhsil alan şagirdi İbrahim Qasımov Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərinin Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən “Astana Vision Contest” I Beynəlxalq vokal-instrumental musiqi müsabiqəsində uğurla çıxış edib.

Musiqi məktəbinin şagirdi münsiflər heyəti tərəfindən Qran-Pri mükafatına layiq görülüb. Eyni zamanda, İbrahim Qasımovun müəllimi Bəxşeyiş Mehdiyev, konsertmeysterləri Məhəmməd Hacıyev və Samitxan Mürşüdov təşəkkürnamə ilə təltif olunublar.

Oxşar Xəbərlər

    ×