Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Kitabxana “Nizami Gəncəvi İli” ilə əlaqədar videoçarxlar təqdim edib
05.05.2021

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının oxucuları “Nizami Gəncəvi İli” ilə əlaqədar videoçarxlar təqdim ediblər.

İdarədən bildirilib ki, 67 nömrəli tam orta məktəbin şagirdləri dahi şairin həyat və yaradıcılığından bəhs edən videoçarx hazırlayıblar.

Azərbaycanın dahi şairi Nizami Gəncəvinin əsərləri dünya ədəbiyyatı xəzinəsinin ən parlaq incilərini təşkil edir və bəşəriyyətin yetirdiyi ən böyük dühaların yaratdıqları ölməz abidələr arasında şərəfli yer tutur.

Qeyd edək ki, Prezident İlham Əliyevin 5 yanvar 2021-ci il tarixində imzaladığı Sərəncamla bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib.

Oxşar Xəbərlər

    ×