Facebook Pixel Code
GoMap XƏRITƏ
Xəbərlər
Hillari Klinton Kvins Universitetinin rektoru təyin olunub
03.01.2020

ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton Böyük Britaniyanın Belfast şəhərində Kvins Universitetinin rektoru təyin edilib.

Bu barədə Kvins Universitetinin saytında yerləşdirilən məlumatda deyilir.

Məlumatda bildirilir: "ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton 2020-ci ilin yanvar ayının 1-dən etibarən beş il ərzində Belfastda Kvins Universitetinin yeni rektoru olacaq".

Qeyd edilir ki, H.Klinton bu vəzifədə ilk qadın olacaq.

Oxşar Xəbərlər

    ×