Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Tofiq Quliyevin abidəsinin ucaldılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
20.05.2021
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət Mükafatı laureatı Tofiq Ələkbər oğlu Quliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə qərara alıram: 1. Bakı şəhərində görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin abidəsi ucaldılsın. 2. Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Tofiq Quliyevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 20 may 2021-ci il
Oxşar Xəbərlər

    ×