COVID-19 pandemiyasına görə ötən il oktyabrın sonundan ictimaiyyətə bağlı olan Eyfel qülləsi iyulun 16-dan yenidən ziyarətçilərini qəbul edəcək.
Bu məlumat Eyfel qülləsi istismar şirkətinin (SETE) kommunikesində yer alıb.
SETE-nin rəhbəri bildirib ki, pandemiyadan əvvəl gündəlik 25 min ziyarətçi qəbul edən Eyfel qülləsi, artıq 10 min ziyarətçi ilə kifayətlənməli olacaq. Qüllənin bilet kassası iyunun 1-dən açılacaq. Biletlərin 2/3 isə onlayn satılacaq.
Sabit xərclərin azaldılması səylərinə baxmayaraq, qüllə 2020-ci il ərzində 52 milyon, 2021-ci il üçün isə təxminən 70 milyon avro itirdib.