Tahir Salahovda həyata olan sevgini heç kimdə görməmişəm. Onun ölümü mənim üçün çox ağırdır. Həmişə deyirdi ki, yaşamaq və yaratmaq lazımdır. O, həm yaşadı, həm də yaratdı.
Bunu jurnalistlərə açıqlamasında Xalq rəssamı Sakit Məmmədov deyib.
Moskvada, dünyanın bir çox yerlərində bir yerdə festivallara qatıldıqlarını söyləyən Sakit Məmmədov vurğulayıb ki, Tahir Salahov deyəndə Azərbaycan rəssamlığının kralı göz qabağına gəlir: “Bu, Azərbaycan rəssamlığının böyüklüyünü göstərir. Tahir Salahovun çox böyük rəngli dünyası var idi. O, Abşeron qadınlarının obrazlarını yaradıb bütün dünyaya göstərdi, neftçiləri, əli qabarlı fəhlələri sevə-sevə Neft Daşlarına gedərək çəkmişdi. Harada olursa olsun, alicənablığından qalmırdı. İnsanların içində həmişə seçilirdi”.