Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Türkiyənin Ukraynadakı səfiri azərbaycanlı heykəltəraşların yaradıcılıq işi ilə tanış olub
27.05.2021

Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə Xarkova səfəri çərçivəsində azərbaycanlı heykəltəraşlarla görüşüb.

Türkiyəli diplomat Ukraynanın Xalq rəssamları, heykəltəraş soydaşlarımız Katib Məmmədov və Seyfəddin Qurbanovun emalatxanalarına gələrək onların yaradıcılıqları ilə tanış olub. Səfir qeyd edib ki, Ukraynada qardaş Azərbaycan xalqının tanınmış heykəltəraşlarının olması qürurvericidir. “Sizin müəllifi olduğunuz heykəllər Ukraynada tanınır. Xarkov, Kiyev və digər şəhərlərdə heykəlləriniz mövcuddur. Sizin yaradıcılıq nümunələri, yaratdığınız obrazlar güclü emosional təsir qüvvəsinə malikdir. Bu əsərlər özünəməxsusluğu, düşündürücülüyü və ifadəliliyi ilə seçilir”, deyə Yagmur Əhməd Güldərə əlavə edib.

Heykəltəraş soydaşlarımız isə öz növbəsində göstərdiyi dəstəyə görə səfirə təşəkkürlərini bildirərək qeyd ediblər ki, Azərbaycan-Türkiyənin qardaş birliyi bütün dünyaya örnəkdir.

Oxşar Xəbərlər

    ×