Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
28 may - Respublika Gününə həsr olunmuş rəsm sərgisi açılıb
28.05.2021

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində 28 May - Respublika Gününə həsr olunan rəsm sərgisinin açılış olub.

Meksikanın Azərbaycandakı səfirliyindən bildirilib ki, səfirliyin koordinasiyası ilə rəssamlar Aygün və Elnurə İsgəndərovalar tərəfindən təşkil olunan bu sərgi Meksika mədəniyyəti və təbiətinin zəngin müxtəlifliyinə aid azərbaycanlı rəssamların baxışını əks etdirən təxminən 30 əsərdən ibarətdir.

Tədbirin açılış mərasimində çıxış edən Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini iki ölkə arasında dostluq əlaqələrini vurğulayaraq, bu xüsusda mədəniyyət və incəsənətin rolunu qeyd edib. “Hər iki ölkənin bədii ifadələri bu dostluğu daha da möhkəmləndirməyə imkan verdi, belə ki, danışdığımız dil və ya mənsub olduğumuz milliyyətdən asılı olmayaraq, ünsiyyətimizi asanlaşdıran və canlandıran universal dəyər - incəsənətdir”, – deyə diplomat bildirib.

Azərbaycanlı rəssamlar yaratdıqları əsərlər haqqında təəssüratlarını bölüşüblər, ikitərəfli bədii əlaqələrin davam etməsinə dair arzularını ifadə ediblər.

Oxşar Xəbərlər

    ×