Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Respublika Günü münasibətilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində konsert təşkil edilib
28.05.2021

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 28 May – Respublika Günü münasibətilə bayram konserti keçirilib.

İdarədən bildirilib ki, konsertin aparıcıları Arzu Həmzəyeva və Ayaz Məmmədov Ali Hərbi Məktəbin şəxsi heyətini salamlayaraq, onları 28 May – Respublika Günü münasibətilə təbrik ediblər. Bu gün müstəqil Azərbaycanın sələfi olduğu Şərqdə və İslam aləmində ilk demokratik quruluşlu Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən və fəaliyyətindən söhbət açan aparıcılar, məhz həmin dövrdə yaranmış və hazırda dünyanın ən müasir ordusu sayılan Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində göstərdiyi rəşadətin, qazandığı Zəfərin qürur mənbəyimiz olduğunu vurğulayıblar.

Sonra 28 May – Respublika Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Konsertdə populyar müğənnilər - Günel Zeynalova (Azəri qızı Günel) və qardaşı Tunar Rəhman sevilən mahnıları ilə, rəqqasələr Fatimə Fətəliyeva, Kəmalə Səfərəliyeva və beynəlxalq mükafatlar laureatı “Səma” rəqs ansamblı zərif, gözəl və rəngarəng rəqs nömrələri ilə izləyiciləri sevindirib.

Tədbirin sonunda Mədəniyyət Baş İdarənin adından müğənnilər fəxri fərmanlarla təltif olunublar.

Oxşar Xəbərlər

    ×