Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialı Beynəlxalq Uşaqlar Günü münasibətilə “Uşaqlar gələcəyimizin ümid açarıdır” adlı videoçarx hazırlayıb.
İdarədən bildirilib ki, videoçarx kitabxananın sosial media hesablarında yayımlanıb.
Videoçarxda bu əlamətdar gün haqqında məlumat verilib. Ulu öndər Heydər Əliyevin uşaqlar barədə söylədiyi fikirlər yer alıb: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə böyüdükcə ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır. Cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir”.