“Levallois Culture” assosiasiyası yeni istedadları kəşf etmək və tanıtmaq məqsədilə fotomüsabiqəsi elan edib.
Müsabiqəyə 35 yaşdan aşağı olan gənc fotoqraflar qatıla bilər. Müsabiqədə mövzu seçimi sərbəstdir.
İştirakçılar 15-20 fotodan ibarət seçmə fotoşəkillərini fransız və ya ingilis dilində layihə təsviri ilə təqdim etməlidir.
Birinci yerin qalibi 10 min avro dəyərində mükafat qazanacaq.
Müsabiqə haqqında ətraflı məlumat almaq və müraciət etmək üçün https://prix-levallois.com/en/news/call-for-entries-is-open-until-june-27 linkindən istifadə edin.