Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Musiqi Mədəniyyəti Dövlət Muzeyi yeni “Muzeydə görüşürük” silsiləsinə başlayır
11.06.2021

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi yeni “Muzeydə görüşürük” silsiləsinə başlayır.

Bu silsilədən muzeydə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, Beynəlxalq müsabiqə laureatı Səbinə Bəylərbəyovanın uşaqlar kursunun konserti və Əməkdar artisti Bəhram Bağırzadə ilə görüş keçirilib.

Görüşü muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq gənc nəslin və uşaqların mənəvi tərbiyəsində, muzeyə maraqlarının artmasında bu cür tədbirlərin böyük əhəmiyyət daşıdığını söyləyib.

Tədbirin birinci hissəsində Səbinə Bəylərbəyovanın kursunun şagirdləri konsert proqramı ilə çıxış edərək Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa ediblər.

Sonra Bəhram Bağırzadənin gənc pərəstişkarları ilə görüşüb. Alla Bayramova Bəhrəm Bağırzadəyə muzeyin çap məhsullarını hədiyyə edib.

Oxşar Xəbərlər

    ×