Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Artıq turistlər Heydər Əliyev Beynəlxalq Aeroportundan “Azərxalça”nın xalçalarını əldə edə biləcəklər
16.06.2021

Artıq Azərbaycana səyahətə gələn xarici turistlər öz vətənlərinə “Azərxalça”nın möhtəşəm xalçalarını alaraq qayıdacaqlar.

Bu gündən etibarən Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərən rüsumsuz ticarət mağazalarında (Duty free) “Azərxalça” ASC-nın rəsmi satış nöqtəsi fəaliyyətə başlayıb. Burada turistlər kiçik ölçülü suvenir xalçalarla yanaşı, böyük ölçülü müxtəlif xalçaları da əldə edə biləcəklər.

Dünya bazarında özünə məxsus yeri olan Azərbaycan xalçalarının ölkədə ən böyük istehsalçısı olan “Azərxalça” ASC yaxın zamanlarda müxtəlif məkanlarda çoxsaylı satış nöqtələrini açmaqla yanaşı, tarixdə ilk dəfə özünün ilk və ən böyük mağazası – “showroom”un təqdimatını edəcək.

Oxşar Xəbərlər

    ×