Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Rusiya ordusu ilə Krım xanı Dövlət Gərayın qoşunu arasında baş verən son döyüşün yeri aşkarlanıb
21.06.2021

Rus çarı İvan Qroznı dövründə ən dəhşətli döyüşlərdən biri kimi yadda qalan Sudbişenkoy ərazisində (Orlov vilayətində) alimlər 1500-dən çox artefakt aşkar ediblər.

Orlov vilayətinin qubernatoru Andrey Klıçkov tarixi hadisəni əbədiləşdirmək məqsədilə təşkilat komitəsinin yaradılması haqqında əmr imzalayıb.

2021-ci ilin aprelində Rusiya Elmlər Akademiyası Arxeologiya İnstitutunun mütəxəssisləri, Orlov vilayətinin Novoderevenkovski rayonundakı Sudbişi kəndi yaxınlığında aparılan qazıntılar zamanı, Rusiya ordusu ilə Krım xanı Dövlət Gərayın qoşunu arasında baş verən son döyüşün yerini aşkar ediblər.

Bu döyüş İvan Qroznı dövrünün ən məşhur döyüşlərindən biri kimi tanınır. Alimlərin bildirdiyinə görə döyüşdə 80 min atlı iştirak edib.

Məlumatda qeyd olunub ki, tapıntıların sayı 1500-dən çoxdur. Onların arasında 800-dən çox müxtəlif növ ox, 100-dən çox qurğuşun gülləsi və karteç, İvan Qroznının adına buraxılmış gümüş sikkələr, müxtəlif dəbilqələr və digər artefaktlar vardır.

Oxşar Xəbərlər

    ×