Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Kitabxanada növbəti tədbir narkomaniya ilə mübarizəyə həsr olunub
21.06.2021

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə 26 iyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar “Gəlin gələcəyimizi qoruyaq” adlı onlayn tədbir keçirilib.

İdarədən bildirilib ki, tədbirin qonağı həkim-narkoloq, psixoterapevt Pərvin Abbasova olub. Pərvin xanım çıxışında narkomaniyanın fəsadlarından danışıb və qeyd edib ki, bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir.

O, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı səngidir, ailə və icmaları dağıdır. İctimaiyyətin diqqətini daim narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə BMT tərəfindən 26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan olunub.

Sonra həkim-narkoloq izləyicilər tərəfindən verilən sualları cavablandırıb.

Oxşar Xəbərlər

    ×