Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər keçiriləcək
09.07.2021
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar yaradılmış Seçki Komissiyası tərəfindən İctimai Şuraya seçkilərin 13 iyul 2021-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində səhər saat 11:00-dan 16:00-dək keçirilməsi qərara alınıb. Nəzərinizə çatdırırıq ki, Mədəniyyət Nazirliyi yanında İctimai Şura üzvlərinin sayı 9 nəfər müəyyən edilib. İctimai Şuraya səsvermə prosesində iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutları təmsilçilərinin qeydiyyatı seçki gününə on gün qalanadək (22.06.2021-02.07.2021) davam edib. Təqdim olunan sənədlər qiymətləndirilib və siyahıda adları göstərilən seçicilərin müraciətləri müəyyən edilmiş qaydalara uyğun olaraq qeydə alınıb:   Seçicilərin siyahısı Hörmətli seçicilər, səsverməyə gələn zaman şəxsiyyət vəsiqənizi (yaxud şəxsiyyətinizi təsdiq edən digər sənəd) özünüzlə götürməyiniz xahiş olunur.  
Oxşar Xəbərlər

    ×