Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Nizami Gəncəvinin hikmətli kəlamları El Salvador və Meksika portallarında
23.06.2021

El Salvador Respublikasının “Literatura y poesía” (“Ədəbiyyat və poeziya”), Meksikanın “Más Literatura” (“Daha çox ədəbiyyat”) ədəbiyyat portallarının “facebook.com” səhifələri Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin cəsarət, dostluq, xeyirxahlıq, zülm və ədalət haqqında hikmətli kəlamlarının yayımına başlayıb.

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, Nizami Gəncəvinin 880 illik yubileyinə töhfə olaraq hazırlanmış materialı ispan dilinə mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyeva tərcümə edib.

Oxşar Xəbərlər

    ×