Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“Xposure Beynəlxalq Fotoqrafiya və Film Mükafatları 2021” müsabiqəsi elan olunub
24.06.2021

BƏƏ-nin Sharjah Dövlət Media Bürosunun təşkilatçılığı ilə “Xposure Beynəlxalq Fotoqrafiya və Film Mükafatları 2021” müsabiqəsi elan olunub.

İştirakçılar müsabiqədə memarlıq fotoqrafiyası, dron fotoqrafiyası, mənzərə fotoqrafiyası, fotojurnalistika, portret, qısa film və hərəkətli görüntü, səyahət fotoqrafiyası və vəhşi təbiət fotoqrafiyası kateqoriyaları üzrə yarışacaqlar.

Əsas qalib 3 min ABŞ dolları və rəqəmsal kamera, kateqoriya qalibləri 1500 ABŞ dolları və rəqəmsal kamera qazanacaq. Kateqoriya üzrə ikinci yerlər üçün isə 750 ABŞ dolları məbləğində pul mükafatı təyin olunub.

Əlavə məlumat almaq və müsabiqəyə qatılmaq üçün https://awards.xposure.ae/register/ ünvanına daxil ola bilərsiniz.

Oxşar Xəbərlər

    ×