Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar videoçarx təqdim edilib
24.06.2021

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar videoçarx təqdim edib.

İdarədən bildirilib ki, kitabxananın sosial hesablarında paylaşılan videoçarxda oxuculara ustad aşığın həyat və yaradıcılığı haqqında məlumat verdikdən sonra onun əsərləri səsləndirilib.

Qeyd edək ki, bu il Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur. Bu münasibətlə bu il fevralın 18-də Prezident İlham Əliyev “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi” haqqında Sərəncam imzalayıb.

Oxşar Xəbərlər

    ×