Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Türkiyə Prezidentinə kitab hədiyyə edib
24.06.2021

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana fond tərəfindən Almaniyada nəşr etdirilən Türkiyənin görkəmli yazıçısı Ömər Seyfəddinin hekayələrindən ibarət ilk kitabını hədiyyə edib.

Fonddan bildirilib ki, kitab türk ədəbiyyatının tanınmış nümayəndələrindən biri olan Ömər Seyfəddinin 100-cü ildönümü münasibətilə yazıçının dəyərli sənət nümunələrini beynəlxalq aləmdə təbliğ etmək və zəngin bədii yaradıcılığını daha geniş auditoriyarla tanış etdirmək məqsədilə çap olunub. Kitab özündə alman və türk dillərində yazıçının ən məşhur 10 hekayəsini ehtiva edir. Nəşr Almaniyanın və Avropanın digər ölkələrinin dövlət kitabxanalarına, məktəblərinə də göndərilib.

Kitabın “Ön söz”ünün müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadır. Hekayələri alman dilindən türk dilinə tərcümə edən türkoloq K. Hermann Kiel, redaktor Almaniyada yaşayan yazıçı Orxan Arazdır.

Oxşar Xəbərlər

    ×