Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Azərbaycanlı yazıçı-publisistin “Şuşanın günəşi” sərlövhəli məqaləsi Türkiyə KİV-də dərc olunub
24.06.2021

Milli Məclisin deputatı, yazıçı-publisist İmamverdi İsmayılovun “Şuşanın günəşi” sərlövhəli bədii-publisistik məqaləsi Türkiyənin bir sıra kütləvi informasiya vasitələrində dərc edilib.

Məqalədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı Qələbə, 44 günlük şanlı Vətən müharibəsində təxminən otuz illik zaman kəsiyində işğalda saxlanılan torpaqlarımızın, o cümlədən hər birimiz üçün müqəddəs məkan sayılan Şuşanın azadlığa qovuşmasının müəllifdə yaratdığı hiss və həyəcan tərənnüm edilir. Müəllif uzun illərin ayrılığından sonra Şuşaya etdiyi səfərin təfərrüatlarını qələmə almaqla mədəniyyətimizin beşiyi sayılan Şuşanın gözəlliyini və tarixi qalamızın Azərbaycan üçün hansı məna daşıdığını oxuculara çatdırır.

Oxşar Xəbərlər

    ×