Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı və Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Zığ qəsəbə Mədəniyyət evi “Zəfər marşı” adlı yeni musiqili layihə ərsəyə gətirib.
İdarədən bildirilib ki, Azərbaycan Silahlı Qüvvələrinin şanlı qələbəsinə həsr olunan “Zəfər marşı” mayor Fariz Məmmədzadənin dirijorluğu ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi Orkestrinin
və Əməkdar müəllim Təranə Yusifovanın rəhbərliyi ilə Azərbaycan Milli Konservatoriyası tələbə xorunun ifasında səsləndirilib.
“Zəfər marşı”nın sözləri Gülnarə Allahverdiyevanın, musiqisi isə Məhəmməd Allahverdiyevindir. Layihənin prodüseri Zığ qəsəbə Mədəniyyət evinin direktoru Nurlan Həsənzadədir.