Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi "Səhnədən səngərə" layihəsinin beşinci buraxılışını təqdim edib.
Nazirlikdən bildirilib ki, layihənin növbəti buraxılışı şəhid Tural Hümmətova həsr olunub.
Bildirilir ki, 23 yaşlı qəhrəmanımız Tural Hümmətov 44 günlük Vətən müharibəsində 43 gün 19 saat qəhrəmanlıqla savaşandan sonra şəhidlik zirvəsinə ucalıb. Tural şəhid olandan 21 gün sonra atası oğlunun yoxluğuna dözməyib vəfat edib.
Cəsur şəhidimizin iş yoldaşları, ailə üzvləri, öz balası kimi sevdiyi bacısının övladları onunla bağlı işıqlı xatirələrini bölüşüblər.
Həmin videomaterialı bu linkə daxil olaraq izləmək mümkündür: https://bit.ly/2Ugnc2H