İyul ayı ərzində XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Little master” adlı ustad dərsləri təşkil olunacaq.
“YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə keçiriləcək dərslərin ilk mövzusu iyulun 3-də Həyat Nəsirovanın iştirakı ilə “Avtoportret” mövzusuna həsr ediləcək. Növbəti dərs iyulun 10-da Anar Şəmsinin iştirakı ilə “Yay fəsli”, 17-də Həyat Nəsirovanın iştirakı ilə “Dulusçuluq”, 24-də Gülarə İsrafilzadənin iştirakı ilə “Səyahət” mövzularına həsr olunacaq. Səkkiz yaşadan yuxarı uşaqların iştirak edə biləcəyi ustad dərslərinin son mövzusu “Okean” olacaq.
İyulun 31-dək davam edəcək dərslərə qeydiyyat çərşənbə axşamı – bazar günü, saat 12:00-dan 20:00-dək aparılacaq.