Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Xalq artisti Firəngiz Əlizadə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif edilib
02.07.2021

Milli musiqi mədəniyyətimizin hərbi-vətənpərvərlik istiqamətində inkişaf etdirilməsi sahəsində geniş fəaliyyətinə görə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Təqdimat mərasimində iştirak edən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin bədii rəhbəri və dirijoru Səməd Vəkilov medalı təqdim edərək, rəhbərlik etdiyi kollektivin Azərbaycan Bəstəkarlar İttifaqı ilə sıx əməkdaşlığını xüsusi olaraq vurğulayıb.

F.Əlizadə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin yüksək etimadını qiymətləndirərək öz dərin minnətdarlığını bildirib. Bu il pandemiya səbəbindən “Şəki İpək Yolu” Beynəlxalq Musiqi Festivalının keçirilməsi qeyri-mümkün olsa da, F.Əlizadə qeyd edib ki, gələcəkdə Bəstəkarlar İttifaqının orkestr ilə əməkdaşlığı uğurla davam etdiriləcək.

Oxşar Xəbərlər

    ×