Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Vətən müharibəsi şəhidi Məhəmmədəli İbrahimli haqqında videoçarx hazırlanıb
02.07.2021

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilimiş Kitabxana Sisteminin 2 nömrəli filialı Vətən müharibəsində qəhrəmancasına şəhid olan Məhəmmədəli İbrahimli haqqında videoçarx hazırlayıb.

İdarədən  bildirilib ki, videoçarx kitabxananın sosial hesablarında paylaşılıb.

Videoçarxda bildirilib ki, 1996-cı ildə Beyləqan rayonunda anadan olan Məhəmmədəli İbrahimli əslən Füzulinin Cuvarlı kəndindəndir. 2003-2014-cü illərdə Sabunçu qəsəbəsində yerləşən 215 nömrəli orta məktəbdə təhsil alıb. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr təhsili aldıqdan sonra 2018-ci ildə Azərbaycan Texniki Universitetində magistr təhsili alıb.

Qəhrəman şəhid 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Ordusunun kəşfiyyatçı əsgəri olan Məhəmmədəli İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Oktyabrın 3-dən 4-nə keçən gecə döyüşdə ağır yaralansa da, bir həftə hospitalda müalicə aldıqdan sonra təkid edərək yenidən cəbhəyə qayıdıb. 13 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

Məhəmmədəli İbrahimli Sabunçu rayon Şəhidlər xiyabanında dəfn edilib.

Oxşar Xəbərlər

    ×