Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Kitabxana Qasım bəy Zakir yaradıcılığına müraciət edib
02.07.2021

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 nömrəli filialı Azərbaycanın görkəmli şəxsiyyətlər barədə məlumat hazırlayır.

İdarədən bildirilib ki, kitabxana növbəti dəfə satirik şair Qasım bəy Zakir yaradıcılığına müraciət edib.

Qasım bəy Zakir tənqidi realizmin təməl daşını qoyanlardan biri, dövrünün qabaqcıl fikir və meyillərinin ifadəçisi olub.

Zakirin realist yaradıcılığında təmsillərinin əhəmiyyəti müstəsnadır. Onun nəşr olunmuş “Aslan, Qurd və Çaqqal”, “Dəvə və Eşşək”, “Tülkü və Qurd”, “Xain yoldaşlar haqqında”, “Tülkü və Şir”, “Sədaqətli dostlar haqqında” adları ilə altı təmsili çap olunub. Şair təmsillərini yazarkən birinci növbədə şifahi xalq yaradıcılığında geniş yayılan təmsillərdən və məşhur hind abidəsi “Kəlilə və Dimnə” əsərindən, həmçinin klassik poeziyadakı təmsillərdən, Nizami, Cəlaləddin Rumi, Füzuli təmsillərindən də istifadə edib. Zakir təmsillərini yeni tarixi şəraitə, müasir həyatın tələblərinə uyğun olaraq yazıb.

Qasım bəy Zakir ömrünün sonlarını maddi ehtiyac və çətinliklər içərisində başa vurub. O, 1857-ci ildə Şuşada vəfat edib və şəhərin Mirzə Həsən qəbiristanlığında dəfn edilib.

Oxşar Xəbərlər

    ×