Bakı Gənclər Mərkəzi istedadlı gənclərin yaradıcılıq sahəsində potensialını ortaya çıxarmaq və səmərəli vaxtın təşkil edilməsi məqsədilə “Yaradıcı Gənclər Festivalı” layihəsi çərçivəsində Musiqi Festivalı keçirir.
Festival iyulun 15-də Bakı Gənclər Mərkəzində təşkil olunacaq.
Festivalda yaşı 16-dan 29-dək olan istedadlı gənclər iştirak edə bilər.