Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Respublika Gənclər Kitabxanası “Sabir Rüstəmxanlı -75” adlı elektron məlumat bazası hazırlayıb
05.07.2021

C. Cabbarlı adına Respublika Gənclər Kitabxanası vətənpərvərlik ideyalarının carçısı olan Xalq şairi Sabir Rüstəmxanlının çoxşaxəli fəaliyyətini istifadəçilərə çatdırmaq məqsədilə “Sabir Rüstəmxanlı-75” adlı elektron baza hazırlayıb.

Kitabxanadan bildirilib ki, kitabxananın rəsmi saytına yerləşdirilən elektron bazada S.Rüstəmxanlı haqqında rəsmi sənədlər, həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri, müəllifin kitabları və məcmuələrdə, dövri nəşrlərdə çıxan əsərləri, tərcümələri, başqa dillərdə çıxan əsərləri, tərtib etdiyi, redaktoru olduğu və “Ön söz” yazdığı kitablar, özü və yaradıcılığı haqqında materialların tam təsviri əks xronologiya və daxildə əlifba ardıcıllığı ilə verilib. Elektron resursda qeyd olunan 192 ədəbiyyatın 112-si kitab (93 Azərbaycan, 10 türk, 7 rus dilində, 2 kitab rus dilində Türkiyə kitabxanasında olan), 70-i isə dövri mətbuatda çıxan məqalələrdir.

Oxşar Xəbərlər

    ×