Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“COVID-19 pandemiyası zamanı təyinat marketinqi və investisiyanın təşkili” mövzusunda vebinar keçirilib
06.07.2021

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində Elmi-Mədəni Mərkəzin əməkdaşları və Dünya İrs Şəhərləri Təşkilatına (OWHC) üzv olan ölkələrin nümayəndələrinin iştirakı ilə “COVID-19 pandemiyası zamanı təyinat marketinqi və investisiyanın təşkili” mövzusunda vebinar keçirilib.

İdarədən bildirilib ki, görüşün təşəbbüskarı və moderatoru olan mərkəzin Turizm şöbəsinin müdiri Gülarə Abdullayeva mövzu barəsində təqdimatla çıxış edib.

Qeyd edək ki, “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2016-cı ildən OWHC-nin üzvüdür. İdarə son illər ərzində OWHC ilə səmərəli əməkdaşlıq edib. Bu əməkdaşlığın nümunəsi olaraq İçərişəhərin 23-24 oktyabr 2018-ci il tarixlərində təşkilatın İdarə Heyətinin 46-cı iclasına ev sahibliyi etdiyini qeyd etmək olar.

Oxşar Xəbərlər

    ×