Facebook Pixel Code
GoMap XƏRITƏ
Xəbərlər
"Ram və Şam" filminin qəhrəmanı 99 yaşında vəfat edib
07.07.2021

Hindistanın məşhur aktyoru, rejissoru və siyasi xadimi Dilip Kumar (Məhəmməd Yusif Xan) vəfat edib.

Report  “Tolo news” telekanalına istinadən xəbər verir ki, o, iyulun 7-də 99 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, D.Kumar 1922-ci ildə Pakistanın Peşəvar şəhərində anadan olub.

O, 1944-cü ildən filmlərdə çəkilməyə başlayıb. D.Kumarın çəkildiyi filmlər bunlardır: “Babul” (1950), “Ram və Şam”(1967), “Didar”,(1951), “Qanqa Camna”(1961), “Daağ” (1952), “Amar” (1954), “Mila” (1948), “Muğhal-e-Azam” (1960), “Dastan”, “Madhumati” (1958) və s.

Azərbaycanda hind kinosunun həvəskarları onu daha çox “Ram və Şam” filimindən tanıyırlar.

D.Kumar ardıcıl olaraq bir çox mükafat alıb.

Oxşar Xəbərlər

    ×