Rusiya animasiyasının klassik rejissoru Qarri Bardin “Ave, Maria” adlı yeni qısa animasiya filmi üzərində çalışır.
TASS agentliyinə istinadla xəbər verir ki, Rusiya mədəniyyət naziri Olqa Lyubimova layihənin həyata keçirilməsində lazımi dəstəyin veriləcəyini söyləyib.
Qarri Bardin “Soyuzmultfilm” kinostudiyasında 1975-ci ildən rejissor-animator vəzifəsində çalışır. O, 15 il ərzində müxtəlif festivallarda, həmçinin beşqat “Nika” və “Qızıl palma budağı” mükafatları qazanan 15 film çəkib. Rejissor öz işində müxtəlif materiallardan və animasiya texnikalarından istifadə edir.