Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
“Qaliblər düşərgəsi”nin iştirakçıları Qobustan qoruğuna ekskursiya ediblər
13.07.2021

“Qaliblər düşərgəsi”nin iştirakçıları maraqlı və əyləncə dolu bir həftəlik proqramı artıq geridə qoyublar.

AZƏRTAC xəbər verir ki, şəhid övladları üçün təşkil olunmuş “Qaliblər düşərgəsi”nin iştirakçıları Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya ediblər.

Düşərgə iştirakçıları Qobustan qayalarındakı insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, döyüş və ov səhnələrinin təsvirlərinə baxıblar. Açıq səma altında fəaliyyət göstərən muzey iştirakçıların marağına səbəb olub.

Düşərgənin 7-ci günündə onlar üçün “Kasap dönər” restoranında şam yeməyi də təşkil olunub.

Oxşar Xəbərlər

    ×