Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“İçərişəhər” Qoruq İdarəsinin əməkdaşı 4-cü Abidələr Menecer Forumunda iştirak edib
15.07.2021

UNESCO, ICCROM və Çin Xalq Respublikası tərəfindən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 44-cü sessiyası çərçivəsində 4-cü Abidələr Menecer Forumu keçirilib. “Dünya irsinin idarə olunması – Dəyişikliklərə və davamlılığa hazır olma” mövzusunda onlayn qaydada keçirilən forumda dünyanın müxtəlif ölkələrindən 100-ə qədər abidə meneceri, o cümlədən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elsevər Məmmədov iştirak edib.

“İçərişəhər” Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, forumda E.Məmmədov İçərişəhərin ümumdünya irs abidəsi kimi idarə olunması və görülən işlərə dair təqdimatla çıxış edib.

Oxşar Xəbərlər

    ×