Peşəkar və həvəskar fotoqraflar arasında “Memarlıq fotoqrafiyası mükafatları 2021” fotomüsabiqəsi elan olunub.
AZƏRTAC xəbər verir ki, müsabiqə 6 kateqoriya üzrə keçiriləcək.
Bütün işlər “Photocrowd” onlayn platforması üzərindən təqdim edilməlidir. Müsabiqədə iştirak etmək ödənişlidir. İştirakçılar bir şəkil üçün 8, 6 şəkil üçün 30, 36 şəkil üçün 72 funt sterlinq ödəməlidir. Qaliblərə pul mükafatı veriləcək.
Müsabiqə haqqında ətraflı məlumat almaq və müraciət etmək üçün
https://www.photocrowd.com/photo-competitions/photography-awards/apa-2021/#header linkindən istifadə edə bilərsiniz.