Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
ABŞ-ın Oklahoma ştatının qubernatorunun başçılıq etdiyi nümayəndə heyəti İçərişəhəri ziyarət edib
29.07.2021

ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi nümayəndə heyəti İçərişəhəri ziyarət edib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, qurumun əməkdaşları qonaqları Şirvanşahlar Sarayı Kompleksi və Qız qalası ilə yaxından tanış edib, onlara abidələrin tarixi və memarlıq xüsusiyyətləri barədə geniş məlumat veriblər.

Ziyarətçilər daha sonra ötən il açılışı olan Bakı Xan Sarayı Kompleksinin parkı və Yeraltı hamamla tanış olublar. Qonaqlar ərazidə aparılan konservasiya və bərpa işləri haqqında məlumatlandırılıb.

İçərişəhər qonaqlarda zəngin təəssürat yaradıb.

Oxşar Xəbərlər

    ×