Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Azərbaycan Prodüserlər Gildiyası bütün kino işçilərini əməkdaşlığa çağırır
03.08.2021

Ölkəmizdə kino sənətinin inkişafı və kinematoqrafçıların professional fəaliyyəti üçün müsbət mühitin yaradılması məqsədilə Azərbaycan Prodüserlər Gildiyası bütün kino işçilərini əməkdaşlığa çağırır.

Azərbaycan Prodüserlər Gildiyasından AZƏRTAC-a bildirilib ki, Gildiyanın 2021-2022-ci illər üçün geniş fəaliyyət proqramı tezliklə kino ictimaiyyətinə təqdim olunacaq.

Qeyd edək ki, hazırda Azərbaycan Prodüserlər Gildiyasının İdarə Heyətinin Sədri vəzifəsinin icrası İdarə Heyətinin üzvü, Əməkdar mədəniyyət işçisi Nəriman Məmmədova həvalə olunub.

Oxşar Xəbərlər

    ×