Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Azərbaycanlı opera müğənnisi Mariinski Teatrının tarixi səhnəsində
13.08.2021

Azərbaycanlı opera müğənnisi, beynəlxalq müsabiqələr laureatı Məhərrəm Hüseynov Sankt -Peterburqdakı Mariinski Teatrının tarixi səhnəsində fransız bəstəkarı Leo Delibesin "Lakme" operasının nümayişi ilə çıxış edib.

AZƏRTAC Rusiya KİV-inə istinadən xəbər verir ki, "Ağ gecələrin ulduzları" musiqi festivalının proqramına daxil edilmiş "Lakme" operasında Nilakanta rolunu Məhərrəm Hüseynov canlandırıb. Onun çıxışı böyük maraqla qarşılanıb.

Qeyd edək ki, M.Hüseynov teatrın qonaq solistidir.

Oxşar Xəbərlər

    ×