Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən sentyabrın 24-də “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransa tezis qəbulu davam edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tezislər konfrans-880@mail.ru ünvanına avqustun 31-dək göndərilməlidir. Təşkilat komitəsi tezisləri seçmək, mətndə düzəlişlər etmək və tezisləri geri qaytarmaq hüququna malikdir.
Beynəlxalq konfransda iştirak üçün məruzələrin tezisləri Azərbaycan, türk, rus, ingilis və ərəb dillərində qəbul edilir və bir səhifədən artıq olmamalıdır.
Xatırladaq ki, konfrans “Nizami Gəncəvi İli” çərçivəsində təşkil ediləcək.