Facebook Pixel Code
GoMap XƏRITƏ
Xəbərlər
Azərbaycan Belarusun poçt markası müsabiqəsinə qatılır
15.01.2020

Bu il yanvarın 20-dən fevralın 20-dək “Belarus Respublikasının ən yaxşı poçt markası” müsabiqə-sorğusu keçiriləcək.

“Azerpoçt”a istinadən xəbər verilir ki, hər kəs bu yarışmada iştirak edə bilər.

Bunun üçün aşağıdakılar tələb olunur:

-  Belpoçta saytının «Филателия»http://www.belpost.by/stamps/best-stamp-2019/ bölməsinə daxil olmaqla, sorğu blankını yükləyərək doldurmaq, sonra isə ən çox bəyənilən poçt markasının və ya poçt blokunun nömrəsini göstərmək, eləcə də vinch@belpost.by elektron poçt ünvanına göndərmək lazımdır.

- Ölkənin istənilən poçt şöbəsinə baş çəkməli, müsabiqənin şərtləri ilə tanış olmalı və təqdim edilən sorğu blankını doldurmaq lazımdır. Sorğununun üzərinə “Müsabiqə” sözünü qeyd edib, “Marka” Nəşriyyat mərkəzi, RUP “Belpoçta”, pr. Nezavisimost, 10, 220050, Minsk ş. ünvanına göndərməlisiniz.

Qeyd edilən müddət ərzində müsabiqənin sorğu blankını düzgün dolduran və qalib markanın adını bildirən bütün iştirakçılar arasında hədiyyələr oynanılacaq. Hədiyyələr filatelik məhsul dəstləri olacaq.

Xatırladaq ki, ən çox səs toplayan poçt markası və ya bloku qalib hesab ediləcək.

 
Oxşar Xəbərlər

    ×