Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Saleh Məmmədov: “Azərbaycanın avtomobil yollarında orta sürət həddi 80 km/saatdır”
15.01.2020

“SSRİ dövründə Azərbaycanın avtomobil yollarında orta sürət həddi 60 km/saat idi. Hazırda isə bu göstərici 80 km/saatdır”.

Bunu Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfrasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

“Yolların keyfiyyətli olması sürətə də təsir edir. Sürət həddinin 10 km/saat artırılması yol üçün əlavə min tonlarla yük deməkdir. Hazırda Azərbaycan avtomobil yollarının keyfiyyətinə görə, MDB məkanında 2-ci, dünyada isə 27-ci yerdədir. Əgər əvvəllər Mil-Muğan zonasında yaşayanlar yolun keyfiyyətsizliyinə görə Qəbələyə, Zaqatalaya getmək istəmirdilərsə, bu gün isə onlar həvəslə həmin yerlərə istirahətə gedirlər”, - o bildirib.

“Bu günə qədər Bakı və Bakıətrafı kənd və qəsəbələrdə 301 km yol çəkmişik. Bu çox böyük əhəmiyyət kəsb edir. Bu il də bunu nəzərə alacağıq”, - S.Məmmədov əlavə edib.

 
Oxşar Xəbərlər

    ×