Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Bakı Dövlət Sirki Milli Musiqi Gününü qeyd edib
20.09.2021
Bakı Dövlət Sirkinin orkestr heyəti 18 sentyabr Milli Musiqi Günü ilə əlaqədar olaraq Zabitlər bağında çıxış ediblər. Orkestr heyəti repertuarında əsasən Azərbaycanın peşəkar musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın bu olsun”, “Arşın mal alan” operettalarında yer alan musiqiləri səsləndiriblər. Qeyd edək ki, 18 sentyabr dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günüdür. Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 18 sentyabr tarixli Fərmanı ilə bu gün ölkə miqyasında qeyd edilir.
Oxşar Xəbərlər

    ×