Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Azərbaycan Milli İncəsənət Muzeyində fortepiano musiqisi axşamı təşkil edilib
22.09.2021
Üzeyir Hacıbəyli adına  XIII  Beynəlxalq Musiqi Festivalı çərçivəsində instrumental musiqi də səslənib. Respublikanın Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru  Ülviyyə Hacıbəyova və tanınmış pianoçu  Səidə Tağızadənin iştirakı ilə fortepiano musiqisi axşamı baş tutub. Pianoçular həm solo, həm ansambl repertuarlarına  Azərbaycan, Avropa və rus bəstəkarlarının əsərlərini, eləcə də fərqli musiqi üslublarını daxil etdilər. Jan Ramo və İ.Baxın barokkosu, F.Şopenin və S.Raxmaninovun romantizmi, XX əsr avanqard klassikasının yaradıcılarından biri Olivye Messianın, müasir Azərbaycan peşəkar bəstəkarlığının ən görkəmli nümayəndələri – Q.Qarayevdən başlayaraq, Fərəc Qarayev, Arif Məlikov, İsmayıl Hacıbəyov və Firəngiz Əlizadənin  XX əsrin yeni klassisizm və avanqard ruhlu əsərləri səsləndi. Səidə Tağızadənin incə, romantik və lirik ifasında Ü.Hacıbəylinin cilalanmış, parlaq əsərlərini dinləyicilər alqışla qarşıladılar. Konsert proqramı  Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüranın ifası ilə başa çatdı.
Oxşar Xəbərlər

    ×