Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Yeni mövsümdə teatr və kinoteatrlarda biletlərin qiyməti artacaqmı?
30.09.2021

Teatr və kinoteatrların oktyabrın 1-dən fəaliyyətini bərpa etməsi bilet qiymətlərini gündəmə gətirib. Bəs bu müddət ərazində qapalı qalan mədəniyyət ocaqlarında qiymət artımı olacaqmı?

Report-un əməkdaşı məsələ ilə bağlı bir neçə teatr və kinoteatrla əlaqə saxlayıb.

Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətinin rəhbəri Fəridə Aslanova bildirib ki, qiymət artımı məsələsi müzakirə mövzusu olmayıb. Onun sözlərinə görə, bu barədə heç danışıqlar da baş verməyib.

Şəki Dövlət Dram Teatrından qeyd edilib ki, qiymət artımı gözləniləndir: “Xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin tətbiqindən sonra fəaliyyətə başlayacaq teatrda həm tamaşaçı sayının az olması, həm də mövcud vəziyyətdən çıxmaq məqsədi ilə bilet qiymətlərində 50 % qiymət artımının olacağı gözləniləndir”.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova vurğulayıb ki, biletlərin qiymətində heç bir dəyişiklik yoxdur və onların satışı yalnız teatrın kassasında həyata keçirilir: “Uşaq tamaşaları üçün 3, böyük tamaşaları üçün isə biletin qiyməti 5 manatdır”.

Oxşar Xəbərlər

    ×