Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Sən azadsan, Cəbrayıl” adlı videoçarx hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarx kitabxananın soaial hesablarında paylaşılıb.
Videoçarxda qeyd edilir ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. 2020-ci il oktyabrın 4-də rəşadətli Azərbaycan Ordusu Cəbrayıl rayonunu işğaldan azad edərək yenidən Azərbaycanın ərazi bütövlüyünü bərpa edib.