Oktyabrın 1-də keçirilən futzal üzrə Yüksək Liqanın birinci turunda 3 komanda debüt edib.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, “Xilə”, U-19 və “Alyans” ilk dəfə bu liqada oyun keçiriblər. Bununla da Yüksək Liqada indiyədək iştirak etmiş komandaların sayı 99-a yüksəlib. Bunadək 96 komanda Azərbaycanın ən güclü futzal liqasında meydana çıxıb.