Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası ötən ilin oktyabrın 4-də Azərbaycanın Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən bombalanması zamanı dağılmış ərazilərin və yaralanmış insanların görüntülərini əks etdirən videoçarx təqdim edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, videoçarxda Gəncə şəhərin vurulması nəticəsində bir nəfərin ölümü və 30-a yaxın insanın yaralanması əks olunub.
Videoçarxda bildirilib ki, Gəncəyə atılan raketlər SCUD/Elbrus taktiki ballistik raketlərdir. Bunu hadisə zonasından tapılan mərmilər sübut edir. SCUD raketini sıx məskunlaşmış mülki şəxslərə yönəltmək, Ermənistanın hərbi-siyasi rəhbərliyinin tamamilə əxlaqsızlığını və şizofrenik düşüncəsini göstərir.