Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Musiqili Teatr mövsümü "O olmasın, bu olsun" tamaşası ilə açacaq
07.10.2021

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı oktyabr ayı üçün repertuarını açıqlayıb.

Teatrdan Report-un sorğusuna cavab olaraq bildirib ki, ilk tamaşa oktyabrın 30-u saat 19:00-da nümayiş etdiriləcək.

Teatr 112-ci mövsümünü "O olmasın, bu olsun" (Ü.Hacıbəyli) tamaşası ilə açacaq.

Oktyabrın 31-i saat 19:00-da isə mərhum sənətkar, Xalq artisti Ramiz Məmmədovun 70 illiyinə həsr olunacaq "Qızıl Toy" (O.Kazımi, R.Heydər) tamaşası nümayiş olunacaq.

Oxşar Xəbərlər

    ×