Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Respublika Gənclər Kitabxanası Elxan Elatlı ilə oxucular arasında görüş təşkil edib
08.10.2021

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Bakı Ekspo Mərkəzində davam edən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunur.

AZƏRTAC xəbər verir ki, yerli və xarici nəşriyyatlar, poliqrafiya müəssisələri və kitab evlərinin qatıldığı Kitab Sərgi-Yarmarkasında Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da fondunda olan yüzdən artıq Azərbaycan, rus və digər xarici dillərdə ədəbiyyat nümunələri, eyni zamanda müəllifi olduğu “Cəfər Cabbarlı 120” biblioqrafiyası ilə iştirak edir.

Kitab Sərgi-Yarmarkasının ikinci günü kitabxananın stendinin önündə Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı Elxan Elatlı ilə görüş keçirilib. Elmi işlər üzrə direktor müavini Xalidə Musayeva kitabxana oxucularının Elxan Elatlı yaradıcılığına böyük maraq göstərməsindən danışıb.

Yazıçı “Qan ləkəsi”, “Yeddinci mərtəbədə qətl”, “Ən yaxın planet”, “Xəyanət”, “İtmiş qızın axtarışı”, “Pəncərədə görünən kölgə”, “Dilənçi qadının sirri” və bir neçə digər kitablarının qələmə alarkən maraqlı faktlarla qarşılaşdığını, yazıda detektiv roman janrına üstünlük verdiyini, əsərlərinin əsas obrazlarının öz təxəyyülünün məhsulu olduğunu söyləyib. O, yaradıcılığı haqqında məlumat verəndən sonra oxucularının çoxsaylı suallarını cavablandırıb və yaxın aylarda çapdan çıxacaq yeni romanı ilə pərəstişkarlarını sevindirəcəyini bildirib.

Qeyd edək ki, Kitab Sərgi-Yarmarkası oktyabrın 10-dək davam edəcək.

Oxşar Xəbərlər

    ×