Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Yarım əsrdən çox İngiltərənin musiqi hit-paradlarında ilk onluqda qərarlaşan yeganə ifaçı - Elton Con
14.10.2021

Britaniyalı Elton Con son 60 ildə öz kompozisiyaları ilə İngiltərənin musiqi siyahılarının ilk onluğunda qərarlaşan yeganə ifaçı adını qazanıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Britaniyada hit-paradların siyahısını tərtib edən “Official Charts company” şirkəti bildirib.

74 yaşlı ifaçıya bu rekordu vurmaqda, Kosovo mənşəli britaniyalı Dua Lipa ilə birgə yazdırdığı “Cold Heart (Pnau Remix)” mahnısı kömək edib. Avqustun 13-də buraxılan sinql hazırda Britaniya hit-paradlarında ikinci yeri tutur və “Shivers” mahnısı ilə birinci yerdə dayanan Ed Şiranı arxada qoymaq üçün bütün imkanlara malikdir.

Beləliklə Elton Con son 50 il ərzində İngiltərənin ilk onluğunda yer alan Elvis Presli, Şer, Klif Riçard, Maykl Cekson və Devid Boui kimi dünya şöhrətli musiqiçiləri üstələyib.

Oxşar Xəbərlər

    ×